Özil Türkiyənin digər klubuna transfer oldu

13.07.2022 20:43 363
Dünya futbolu
"Fənərbağça"dan ayrılan Mesut Özilin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşəhər"lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk əsilli alman yarımmüdafiəçinin təqdimatı sabah olacaq.

Mesut 2021-ci ilin qışından "Fənərbağça"da oynayırdı.