Premyer-liqa klubunun Gürcüstana yollanmağa pulu yoxdu - AÇIQLAMA

12.07.2022 12:24 1 375
Premyer-liqa / Manşet
Yeni mövsümə hazırlaşan “Kəpəz”in təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda, daha dəqiq desək, “Dalğa Arena”da keçdiyindən xəbəriniz var.

“Sarı-göylər”ın çempionatın startı ərəfəsində 10-12 günlük Gürcüstana yollanmaq variantının olduğunu da bildirmişdik.

Ancaq bu günlərdə “Footbal-plus.az” saytına daxil olan məlumata görə, Yaşar Vahabzadənin çalışdırdığı kollektivin qoşu ölkəyə səfəri sual altındadı. Səbəb isə maliyyə problemidi.

Söylənilənlərə aydınlıq gətirmək üçün “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə əlaqə saxladıq. Klub rəsmisinin reaksiyası belə oldu:

“Bəli, təlim-məşq toplanışı üçün Gürcüstana yollanmaq istəyirik. Ancaq iki ölkə arasında quru sərhədin bağlı olduğunu, təyyarə ilə isə səfərin baha başa gəldiyini nəzərə alsaq, hazırkı vəziyyətdə ora gedəcəyimiz inandırıcı görünmür. Çünki bu gün üçün pulumuz yoxdu, maddi durumumuz buna imkan vermir. Böyük ehtimalla təlim-məşq toplanışının növbəti mərhələsi də Bakıda olacaq”.


RƏŞAD