“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Gerye Polşa mətbuatına maraqlı müsahibə verib.

Football-plus.az xəbər verir ki, "TVP Sport" nəşrinə danışan haitili müdafiəçi Azərbaycanda keçirdiyi dönəmdən bəhs edib...

- Müsahibədən əvvəl dediz ki, “Qarabağ”dan ötrü darıxırsız. Hələ də o komandanın oyunlarına baxırsız?
- Baxıram. “Lex”lə oyunu gördüm, “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. O, nə uduzmaq istəyən, nə də uğursuz oynanılan matçdan həzz alan məşqçidi. “Lex” üçün 1:0 çox kiçik üstünlükdü. Düşünürəm ki, “Qarabağ” daha da irəli gedəcək, çünki Qurban müəllim döyüşçü təfəkkürü olan, oyunçudan əsgər çıxarmağı bacaran adamdı. Heç kim onun kimi motivasiya eləməyi bacarmır.

- Qurban Qurbanov sizdə hansı təəssüratları yaradıb?
- Qurbanov “Qarabağ”dı “Qarabağ” isə Qurbanovdu. Orda hamı ona qulaq asır. Kiçik bir kollektivdən bu şərtlər altınfa güclü bir komanda yaratdı. Uğurlu, amma yenə də doymayan komanda. Hələ də uğura acdı. Aclıq bitdikdə heç nə qazana bilməzsən. Bu, “Qarabağ” üçün təhlükə deyil. Neçə il orada oldum, komandanın gündən-günə daha peşəkar olduğunu gördüm. Bütün bunlar onun ləyaqətidi.

- Baş məşqçi buna görə 15 ilə yaxındı “Qarabağ”da çalışır? Polşada belə bir halla rastlaşmaq mümkün deyil...
- Qurbanova Azərbaycandan kənardan çoxlu təkliflər olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Sözünün müqəddəs olduğu şəxsiyyətli insandı. Əsl səfir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyən klubdu. Hamı ona hörmət edir. Dörd il orda oldum və tez öyrəndim ki, bu klubun matçları, nəticələri başqa vaxtdan daha önəmlidi. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz və azarkeşlər üçün deyil, döyüş bölgəsində olanlar üçün oynayırıq. Ordan gələn komandanın qalibiyyəti kimi heç nə onlara sevinc bəxş etmir. Biz onların gücü, ümidləri və sağ qalmalarıyıq.

- Ağdamda olmusuz?
- Bəli. Müharibə bitəndən dərhal sonra bizi ora apardılar. Bəzi oyunçuların ailələri orda idi, bəziləri isə insanların orda nələr keçirdiklərini görmək üçün onların yanına getməyə qərar verdi. Etiraf edim ki, ora gedəndən sonra “Qarabağ”da əslində nə üçün oynadığımı başa düşdüm. Bu mənə daha çox aclıq, daha çox mübarizə iradəsi verdi. Müharibənin, yoxsulluq içində yaşamağın nə olduğunu bilirəm. Mən Haitidənəm. Orda çox adam elə yaşayır ki, buna həyat demək çətindi. Amma onlar daha yaxşı sabah üçün mübarizə aparırlar. Qarabağda da mən bunu gördüm.

- Sizi şoka saldı?
- Yoxsulluğu başa düşürəm. Bu barədə həyat yoldaşıma və uşaqlara danışıram. İndi onlar yeməyi bəyənməyəndə onu atmaq istəyəndə həmişə deyirəm ki, mənim ölkəmdə onlar kimi bir çox uşaqlar bu yeməyi ancaq xəyal edə bilərlər. Övladlarımın sahib olduqları bir nemətdir. Mən onlara deyirəm: Haitidə sizin həmyaşıdlarınızın çoxunun evdə içməli su imkanı yoxdu, siz isə spagettini bəyənmədiyiniz üçün atmaq istəyirsiniz. Yoxsulluğun nə olduğunu bilirəm və düşünürəm ki, Ağdamda gördüklərim ona görə məni daha da təsirləndirdi. Orada dağılmış binalar, xarabalıqlar gördüm. Uşaq ayaqqabıları yəqin ki, orada həyatını itirən birinin yeganə xatirəsi olaraq qalmışdı. Mənim kimi çox uşaq orada həyatını itirdi. Belə şəkillər unudulmur. Düşünürəm ki, həmkarlarım da mənim kimi fikirləşirdi - biz bu insanlar üçün daha çox mübarizə aparmalıyıq.

- Bu maarifləndirmə “Qarabağ”ı daha da güclü komanda edir?
- “Qarabağ” təkcə komanda deyil. Bu bir icmadı. Bunu klubda da hiss etmək olar. Təlimçidən tutmuş masajçılar, fizioterapevtlər, aşpazlar, mühafizəçilər üçün bu, sadəcə idman klubunda işləməkdən daha çox şey deməkdi. “Qarabağ”da hamı həm futbolçuların, həm klubun, həm də Ağdamın xeyrinə hərəkət edirdi.

- Qarabağdan bir neçə yüz kilometr aralıda Bakıda tamam başqa həyatın olması təəccüblüdü...
- Bəziləri unuda bilər. Amma mən özümü həmişə futbolçu yox, hərbçi hesab etmişəm. Haiti uğrunda silahla yox, ayaqlarımla döyüşürəm. Mən dövlətin şərəfi üçün mübarizə aparıram, çünki ilk növbədə haitiliyəm. Futbol isə bu ölkəyə sədaqətimi ifadə etmək üsuludu. Əsl əsgərlər də döyüşür. Ölkə üçün. Bu, onların vətənlərini qorumaq üsuludu. Onlar orduya qatılıb vətən uğrunda döyüşürlər. Bir gün Haitidə müharibə başlasa, mən də çəkinmədən əlimə silah götürərəm. Ola bilsin ki, vətən üçün ölüm. Həyata hörmət etmədiyim üçün yox, vətən hər şeydən önəmli olduğu üçün. Bu sizin damarlarınızda olan bir şeydir. Bu, təkcə ad və gerb deyil. Qarabağın bir çox mənası var. Bu əzab, ağrı, insan faciələridir. Bu torpaq çox pis şeylər yaşayıb. Biz isə futbolun köməyi ilə onlara sevinc, xoşbəxtlik və gözəl sabaha inam bəxş etdik. Qurban Qurbanov hər oyundan əvvəl bizə deyirdi ki, Ağdam müharibə olan şəhərdi.

- Onun danışıqları sizdə ən çox nə vaxt təəssürat yaratdı?
- Çempionlar Liqasında oyun keçirdiyimiz vaxtı xatırlayıram. Rəqibimiz “Atletiko” idi. Qurban Qurbanov bizi brifinqə apardı. O, rəqibin video analizini göstərdi, necə oynayacağımızı söylədi və bir müddət paltardəyişmə otağında qalmağımızı istədi. “Siz bunu özünüz üçün etmirsiz, klub üçün etmirsiz. İndi mən sizə bunu kimin üçün etdiyizi göstərəcəyəm” dedi. Və Ağdamdakı səs yazısını işə saldı. Uşaqların ağlaması, şəhərin bombalanması, dəfn mərasimləri, matəm. “Bu insanlar “Qarabağ”ın böyük “Atletiko”ya qarşı oynadığını, “Qarabağ”ın qol vurduğunu görəndə gülümsəməyə başlayacaqlar”, deyə əlavə etdi. “Atletiko” önünə “Barselona” kimi çıxdıq. Oyun da 1:1 hesabı ilə bitdi.

- Belə bir motivasiyanın miqyasını təsəvvür edə bilərəm...
- Qurban Qurbanov böyük xarizmaya malik məşqçidi. Mən ona “Qvardiola” və ya ikinci ata deyirdim. Xüsusilə nəyisə idarə etməli olduğuz zaman. Onun mənə qarşı yumşaq yeri var idi. Yadımdadı, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım var idi. Xəyal etdiyim avtomobili almaq istədim, ancaq mənə dedilər ki, gözləyə bilməz. Klub rəhbərliyindən olan Asif Əsgərovun yanına gedib ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdi. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə sadəcə, ah çəkdi: “Ah, Donni, Donni” - çünki əvvəllər belə deyirdi. Və telefonu əlinə alıb zəng vurdu: “Asif, Donni nə qədər istəyir, ver” dedi. Məşqçi qarşıma şərt qoydu: “Donni, növbəti oyunda ən yaxşı olmalısan”. Qurbanov əsl rəis, qladiator idi. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. İndiyə qədər onu məyus etdiyim üçün peşmanam.

- Necə?
- Haiti millisindəki toplanışdan çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. Çox gec gəlmişəm. Qurbanov hirsləndi, haqqı var idi. Mən cərimələndim və ehtiyata göndərilməli idim. Ayağa qalxıb dedim ki, ya burda, ya da başqa yerdə. Nəticədə Cənubi Kiprə yollandım. Futbola gəlincə, “Qarabağ”da olduğum üçün heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarımın hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqası həyəcanını orada yaşadım və Avropa Liqasında çıxış etdim. Orada keçirdiyim vaxt üçün darıxıram. Görürsən, hətta instaqramda da “Qarabağ” köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidi.

- “Qarabağ”da iki dəfə oynamısız. Bir müddət “Neftçi”də olmağıza nə səbəb oldu?
- Menecerlərə etibar etmək belədi. “Qarabağ”la müqavilənin uzadılması ilə bağlı danışıqlar apardım. Agent mənə dedi ki, gözləyin, çünki arada başqa təkliflər də ola bilər. Gözlədim, gözlədim və nəticədə “Neftçi” ilə daha pis müqavilə imzaladım. Amma orda yaxşı mövsüm keçirdim və yenidən “Qarabağ”a qayıtdım. Amma daha pis şərtlərə. Həmişə deyirəm ki, insan səhvindən dərs alır. Mən bunları çox etdim.

- Ən böyük səhviz hansı olub?
- Ən böyüyü o idi ki, “Qarabağ”la vaxtında müqaviləni uzatmadım, bu da “Neftçi”də bitdi. İkincisi, “Sportinq”in maraq dairəsində olduğum vaxt başımı qarışdıran meneceri dinlədim. Orda hər şey hazır idi, amma eşitdim ki, Avropa Liqasında mübarizə apardığım “Sportinq” məni istəyir. "İnstaqram"da məni Nani özü ora getməyə razı saldı. Sadəcə, təfərrüatlar başlamamış məni istəyən məşqçi işlə vidalaşdı. “Qarabağ”la da yeni müqavilə məsələsində çox ləngidim. Məsuliyyətli olsaydım, karyeram daha yaxşı alınardı.

- “Qarabağ”da ən yaxşı xatirəz hansı olub?
- Çempionlar Liqasında “Atletiko” ilə matç. Mənim də köməyimlə nəticə 1:1 oldu. Həm də “Arsenal”la Avropa Liqasında. 0:1 hesabı ilə uduzduq, amma belə bir komanda ilə, belə bir stadionda, hardan gəldiyini və başlanğıclarının nə olduğunu bilə-bilə oynayırsan. Bu, heyrətamiz bir şeydi. Digər tərəfdən, ən pis matç da gözəl stadionda keçirildi. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə ilk oyun. 0:6 hesabı ilə məğlub olduq. Görüşdən əvvəl hamı həyəcanlı idi. Bunun kabus olduğu ortaya çıxdı.

- Bununla belə, ən böyük kabusunuz Azərbaycanda, meydandan kənarda oldu...
- Bu, unudula bilməyəcək bir vəziyyətdi. Ən pis xatirələrimin ən pisi. Öz övladınızın ölümü heç vaxt hazır olmadığınız bir şeydi. Dünən kimi xatırlayıram. Yavaş-yavaş məşqə hazırlaşırdım, amma yenə də ikinci qızım Kokonun qayğısına qalırdım. Onunla oynayırdım, yuxusu gələndə onu yatağa qoyurdum. Onun yanında Mia-Manetta var idi. Yadımdadı ki, onun hıçqırıqları var idi. Səhər yeməyi hazırlayan həyat yoldaşım Zuzadan ona baxmasını xahiş etdim. Hər şey normala döndü və Mia da uzandı. Səhər yeməyi yedim, duş aldım və məşqə getməzdən əvvəl yoldaşıma dedim ki, balaca qızcığazı yoxlasın. Mia artıq ölmüşdü. Onu həyata döndürməyə, nəsə etməyə çalışırdım. Amma heç nə. Mən heç vaxt bu qədər aciz olmamışdım. Sonrakı günlər buna inanmadım. Əmin idim ki, Mia yatıb, uzun yuxudadı. Bir həftə sonra, bir ay sonra öz-özümə bunun sadəcə bir yuxu olduğunu söylədim. Mianın herpes virusu ilə bağlı problemi var idi. Bu, onun beynini yoluxdurur və bəzən nəzarətsiz hərəkət etməsinə səbəb olurdu. Düşündüm ki, yenə baş verdi. Uşağımın öldüyünə o qədər inanmaq istəmirdim.

- Bir neçə gün sonra da Çempionlar Liqası oyununda çıxış etdiz. Bunun üçün gücü haradan aldız?
- Mia gedəndən sonra kluba zəng etdim. Baş məşqçi Qurban Qurbanov o vaxt özünü fantastik aparırdı. Maşına oturdu, gəlib mənə dedi: “Donni, “Qarabağ” nə kömək lazımdısa, edə bilər. Klubdan narahat olma, ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qalın. Altı ay lazımdısa, altı ay qalın. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik”.

- Bununla belə, yenidən məşqlərə qayıtmaq qərarına gəldiz. Ən yaxşı həll yolu bu idi?
- İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün topa ehtiyacım var idi. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağım daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş hiss etdim. Balkondan özümü atıb körpəmə qovuşmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. “Qarabağ” məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyirdim. Məşqə qayıdanda Qurban Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır. Həmişə Çempionlar Liqasında oynamaq xəyalını həyata keçirməyə diqqət yetirməli idik.

Son xəbərlər

PSJ Messiyə bu müqaviləni təklif etdi

"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illik seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

"Qarabağ"ın rəqibindən növbəti transfer

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

“Beşiktaş”ın baş məşqçisi qapıçılarına güvənir

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Federer getdi, bəs Nadalla Cokoviç?

Adetokunbo Karrini ən güclü sayır

Dünya şahmatında növbəti böyük qalmaqal

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Sabah AFFA-da iclas olacaq

Sabiq TFF rəsmisi Kuntsla Altıntopu “yıxıb-sürüdü”!

Montella Türkiyə çempionatını təriflədi

Sprint yarışlarının sayı artırıldı

PFL çempionatı daha maraqlı etmək üçün klublarla görüşür - AÇIQLAMA

Ölkə derbisinin biletləri satışa çıxarılır

"Zirə-2"dən səfər qələbəsi - VİDEO

Beşqat olimpiya çempionu ölkəni tərk etdi

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Mahir Məmmədov: “De Byaziyə verdiyimiz maaşı yerli mütəxəssislərə təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər”

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Bütün xəbərlər