Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəyəcək - RƏSMİ

11.07.2022 21:14 404
Dünya futbolu
FIFA azərbaycanlı futbolçu Tural Bayramlının Yunanıstanın "Pierikos" klubuna qarşı qaldırdığı iddianı böyük ölçüdə təmin edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə onun hüquqşünası Ramil Cahangirov məlumat yayıb.

O bildirib ki, klub həm əməkhaqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidi.