"Razı qalmadığımız məqamlar da var" - Mahmud Qurbanov

11.07.2022 20:41 484
Ölkə futbolu
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov “CBC Sport”a açıqlama verib.

"Football -plus.az" xəbər verir ki, Bayıl təmsilçisinin çalışdırıcısı “Kəpəz”lə keçirilən yoxlama görüşündən (3:1) sonra fikirlərini bildirib:

"Oyun maraqlı keçdi. Bizim ilk yoxlama görüşümüz idi. Bu matçda iki heyətlə oynadıq. Əslində, oyundan razı qaldıq. Doğrudu, razı qalmadığımız məqamlar da var.

​Amma nəzərə alaq ki, yeni başlamışıq. Ümumilikdə, maraqlı oyun keçdiyini söyləmək olar. Hazırlığımıza davam edirik".