• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ-2022 Avropa futbolunun təqviminə necə təsir edəcək?

Dünya futbolu

10-07-2022, 14:0

Noyabrın 21-də Qətərdə təşkil ediləcək dünya çempionatı start götürəcək.

Başqa sözlə, 22-ci mundialın başlamasına 4 aydan bir qədər çox vaxt qalır. Xüsusi qeyd edək ki, böyük futbol forumu planetimizin şimal yarımkürəsində ilk dəfə yay aylarına təsadüf etməyəcək. Bu isə təşkilatçı ölkədə bu fəslin həddən artıq isti keçməsi ilə bağlıdı. Payızda başlayacaq mundial dekabrın 18-də sona çatacaq.
Aydın məsələdi ki, nəhəng turnir keçirilmə vaxtına görə Avropa futbolunun 2022/23 mövsümünün təqviminə əhəmiyyətli dərəcədə təsir edəcək. Ölkə çempionatları, kubok yarışları, həmçinin avrokubokların təşkilində vaxt amili xüsusi əhəmiyyət daşıyacaq. Təqvimdəki yeniliklərlə qitənin aparıcı liqaları və avrokubokların nümunəsində tanış olacağıq.

İngiltərə
Premyer-liqanın 2022/23 mövsümünə avqustun 5-də keçiriləcək “Kristal Pelas” – “Arsenal” matçı ilə start veriləcək. Dünya çempionatından əvvəlki 16-cı turun oyunları noyabrın 12-13-nə təyin olunub. İngiltərə çempionatının ən yüksək liqasında mübarizə dekabrın 26-da bərpa olunacaq. Bəli, mundialdan dərhal sonra “boxing day”in həyəcanı yaşanacaq. Mövsümə gələn il mayın 28-də yekun vurulacaq.
Avqustun 5-7-si aralığında keçiriləcək 1-ci turun oyun cədvəlini nəzərinizə çatdırırıq: Kristal Pelas – Arsenal, Fulhem – Liverpul, Bornmut - Aston Villa, Lids – Vulverhempton, Lester – Brentford, Nyukasl - Nottingem Forest, Tottenhem – Sauthempton, Everton – Çelsi, Mançester Yunayted – Brayton, Vest Hem - Mançester Siti.
İspaniya
La Liqada növbəti mövsüm avqustun 12-də keçiriləcək “Osasuna” – “Sevilya” matçı ilə başalayacaq. İngiltərədən fərqli İspaniyada mundiala görə fasilə noyabrın 9-11-i aralığına təyin olunan 14-cü turun oyunlarından sonra yaranacaq. DÇ-2022-dən sonrakı 15-ci tur isə dekabrın 29-30-na planlaşdırılıb. Mövsümə gələn il iyunun 4-də yekun vurulacaq. La Liqada yeni mövsümün “El Klasiko”larının dəqiq vaxtı da məlum olub. Turnirin rəsmi saytının məlumatına görə, “Real”la “Barselona” arasındakı ilk matç oktyabrın 16-da Madriddə (9-cu tur) keçiriləcək. Əzəli rəqiblər 2023-cü il martın 19-da Barselonada (26-cı tur) növbəti dəfə qarşılaşacaqlar.
Ölkə çempionatının ilk turunun oyunları avqustun 12-15-i aralığında keçiriləcək: Osasuna – Sevilya, Selta – Espanyol, Valyadolid – Vilyarreal, Barselona - Rayo Valyekano, Kadis – Real Sosyedad, Valensiya – Jirona, Almeriya – Real, Atletik – Malyorka, Xetafe – Atletiko, Betis - Elçe.
Fransa
Liqa 1-in yeni mövsümünə avqustun 5-də keçiriləcək “Lion” – “Ayaçço” matçı ilə start veriləcək. Dünya çempionatından əvvəlki 15-ci turun oyunları noyabrın 11-13-ü aralığına təyin olunub. 16-cı tur dekabrın 28-nə planlaşdırılıb. Mövsümə isə gələn il iyunun 3-də yekun vurulacaq.
Avqustun 5-7-si aralığında keçiriləcək 1-ci turun oyun cədvəlini nəzərinizə çatdırırıq: Lion – Ayaçço, Strasbur – Monako, Klermon – PSJ, Tuluza – Nitsa, Anje – Nant, Lans – Brest, Lill – Oser, Monpelye – Trua, Renn – Loryan, Marsel – Reyms.
İtaliya
A seriyasında yeni mövsüm avqustun 13-də “Milan – Udineze” matçı ilə start götürəcək. Bu liqada mundiala görə fasilə 15-ci turun noyabrın 12-13-nə təyin olunan oyunlarından sonra başlayacaq. 16-cı tur gələn il yanvarın 4-nə planlaşdırılıb. Mövsümə isə iyunun 4-də yekun vurulacaq.
Ölkə çempionatının ilk turunun oyunları avqustun 13-15-i aralığında keçiriləcək: Milan – Udineze, Sampdoriya – Atalanta, Leççe – İnter, Montsa – Torino, Fiorentina – Kremoneze, Latsio – Bolonya, Salernitana – Roma, Spetsiya – Empoli, Verona – Napoli, Yuventus – Sassuolo.
Almaniya
Bilindiyi kimi, qitənin “böyük beşlik” adlandırılan aparıcı liqalarından 4-ü 20 komandanın iştirakı ilə keçirilir. Bundesliqada isə 18 iddiaçı yarışır. Bu səbəbdən Almaniya çempionatı DÇ-2022-nin final mərhələsindən daha az təsirlənəcək. Ölkənin ən yüksək liqasında növbəti mövsümə avqustun 5-də Frankfurtda “Ayntraxt”la “Bavariya” arasındakı oyunla start veriləcək. Mundialdan əvvəlki 15-ci turun oyunları noyabrın 12-13-nə təyin olunub. Bundesliqada çıxış edən klubların oyunçuları ilə məşqçilərinin dünya forumundan sonra istirahət etmək üçün kifayət qədər vaxtı olacaq. Belə ki, qış fasiləsinə gələn il yanvarın 20-də son qoyulacaq. Mövsümün sonuncu – 34-cü turu isə mayın 27-28-nə təyin olunub.
Bundesliqanın avqustun 5-7-si aralığında keçiriləcək 1-ci turunun oyun cədvəlini də nəzərinizə çatdırırıq: Ayntraxt F – Bavariya, Volfsburq – Verder, Union – Herta, Bohum – Maynts-05, Borussiya M – Hoffenhaym, Auqsburq – Frayburq, Borussiya D – Bayer-04, Ştutqart – Leyptsiq, Köln – Şalke-04.

Avrokuboklar
DÇ-2022 avrokubokların təşkilinə də təsir edəcək. Bu mənada əsasən qrup turnirlərinin təqvimində sıxlıq qaçılmaz olacaq. Məsələyə detallı nəzər salaq.
* Avrokuboklarda 2022/23 mövsümü iyunun 21-də Çempionlar Liqasında (ÇL) başlayıb. Reqlamentə uyğun olaraq ilkin təsnifat mərhələsinin yarımfinal oyunlarında ən zəif reytinqə malik ölkələrin çempionları qarşılaşıblar. Bu mərhələdə “Vikinqur” (İslandiya) “Levadiya”ya (Estoniya) 6:1, “İnter Eskaldes” (Andorra) isə “Fiorita”ya (San Marino) 2:1 hesabı ilə qalib gələrək iyunun 24-nə təyin olunan finala vəsiqə qazanıb. İslandiyada keçirilən mini-turnir xarakterli mübarizənin qalibi “İnter Eskaldes”i minimal hesabla üstələyən “Vikinqur” olub.
Artıq bu həftə ÇL-in 1-ci təsnifat mərhələsinin ilk oyunları da keçirilib. Seçmə mərhələyə avqustun 24-də yekun vurulacaq. İyulun 5-də 1-ci təsnifat mərhələsi ilə start götürən Konfrans Liqasında (KL) seçmə mübarizə avqustun 25-də başa çatacaq. Avropa Liqasında (AL) təsnifat oyunları isə avqustun 4-də başlayacaq və 25-də bitəcək.
* Böyük avrokubok mövsümündə ilk vacib oyun avqustun 10-na təyin olunub. Həmin gün Finlandiyanın paytaxtı Helsinkidə ÇL-in və AL-in son qalibləri olan “Real”la Frankfurt “Ayntraxt”ı Avropa Superkuboku matçında qarşılaşacaqlar.
* Qitə kuboklarında təsnifat mərhələsi sona çatandan iki həftə sonra qrup mərhələsi start götürəcək. Bu mərhələnin təqvimi sıx olacaq. Belə ki, ÇL, AL və KL-in qrup turnirlərində nəzərdə tutulan 6 tur əvvəlki kimi təxminən 3 ay deyil, 2 ay ərzində keçiriləcək. ÇL-də qrup mərhələsinə noyabrın 2-də, AL və KL-də isə 3-də yekun vurulacaq. Halbuki ənənəvi təqvimdə qrup oyunları dekabrın ikinci həftəsində sona çatırdı.
* Amma avrokubokların pley-offu, belə ifadə etsək, Qətərdəki mundialdan ziyan görməyəcək. Bununla belə, UEFA finalların ənənəvi sayılan tarixini bir qədər geri çəkməyi lazım bilib. AL-də həlledici matç gələn il mayın 31-nə təyin olunub. LK-nın qalibi iyunun 7-də (ilkin variant), ÇL-in çempionu isə iyunun 10-da müəyyənləşəcək.

Məşqçilər və oyunçular təqvim haqda nə deyirlər?
Əlbəttə, Avropa futbolunda bizi gözləyən qeyri-adi təqvimdən ən çox şikayətlənməyə haqqı çatanlar məşqçilərlə oyunçulardı. Komandası avrokubokların qrupunda oynayacaq futbolçuların daha çox enerji itirəcəyi dəqiqdi. Maraqlıdı, onlar bu haqda nə düşünürlər?
Tibo Kurtua, “Real”ın və Belçika yığmasının qapıçısı: “Noyabrda dünya çempionatı başlayacaq. Bu turnirdən sonra isə gələn ilin iyununa qədər klublarda oyunlara çıxacağıq. Əlbəttə, zədə riski artacaq. Amma təşkilatçılar futbolçuların düşəcəyi gərgin vəziyyət haqda düşünmək istəmirlər. İyunda Millətlər Liqasının birdən-birə 4 turunu keçirdilər. Bundan sonra isə oyunçulara iki-üç həftəlik istirahət ayırdılar. Ancaq bu müddət bizə ilboyu yüksək səviyyədə çıxış etmək üçün qətiyyən kifayət etmir”.
Endryu Robertson, “Liverpul”un və Şotlandiya yığmasının müdafiəçisi: “Futbolçulardan iyunda 6 dəfə meydana çıxmağı xahiş etmək ədalətsizlikdi. Onsuz da mövsümün gedişinə salınan dünya çempionatına görə istirahətimiz yarıbayarı qısalıb. Son vaxtlar oyunçulara qayğının artırılması çox müzakirə olunur. Bundan sonra qərarların qəbulu zamanı bu amilə xüsusi diqqət yetiriləcəyinə ümid edirəm. Futbolçulara il ərzində yalnız ikihəftəlik istirahət imkanı verilməsi qəbuledilməzdi...”
Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi: “Təqvimlə bağlı məsələ məşqçilərlə birlikdə müzakirə olunmalıdı. Fikir mübadiləsində mənim iştirakım vacib deyil, ancaq böyük klublarla milli komandaların çalışdırıcıları gələcəkdə baş verəcək hadisələrdən bixəbər olmamalıdılar. Təəssüf ki, əksər qərarlar bizsiz verilir”.
RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 257
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 241
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 230
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 170
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 145
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə