“San-Xose”nin sabiq hücumçusu Mayk Qrir klubun yeni baş meneceri təyin olunub.
"Football-plus.az" xəbər verir ki, o, MHL tarixinə bu postu tutan ilk qaradərili kimi düşüb.
47 yaşlı Qrir hokkeyçi kimi MHL-də 14 mövsüm keçirib. “Edmonton”, “Vaşinqton”, “Baffalo” və “San-Xose”nin formasını geyib, 1068 oyunda 383 (162+221) oyun keçirib. Karyerasını bitirəndən sonra “Çikaqo”nun skautu və “Nyu-Cersi”də baş məşqçinin yardımçısı kimi çalışıb. Ötən mövsüm “Reyncers”də hokkey əməliyyatları üzrə əlaqələndirici olub.
Xatırladaq ki, “San-Xose”nin baş meneceri Daq Uilson ötən ilin noyabrında sağlıq durumuna görə istefaya yollanıb. O, bu postu 19 il tutub. Uilsonun gedişindən sonra baş menecerin səlahiyyətlərini Co Uill yerinə yetirirdi.