Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FIFPro) 7 ölkə ilə bağlı transfer xəbərdarlığı edib.
“Football-plus.az” xəbər verir ki, qurum peşəkar futbolçulara Əlcəzair, Çin, Yunanıstan (Superliqa - 2), Liviya, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyə klubları ilə müqavilə imzalamamağı məsləhət bilib.
Buna səbəb olaraq adıçəkilən ölkələrin klublarının sistematik olaraq geniş halda oyunçularla sazişlərin pozulmasıdı:
“Xüsusən, Rumıniya və Türkiyədə bir çox klublar tərəfindən müqavilə pozuntuları, o cümlədən maaşların ödənilməməsi uzun müddətdi davam edən və təkrarlanan problem olaraq qalır. Rumıniyada və Yunanıstanın ikinci liqasında klubların müflisləşməsi fəaliyyəti dayandırmaya qədər aparır. Əlcəzair, Çin və Səudiyyə Ərəbistanında maaşlar vaxtında ödənilmirsə, Liviyaya gedən əcnəbi oyunçular isə ordan çıxmaqla bağlı problem yaşayırlar”.
Qeyd edək ki, hazırda "Səbail"də çıxış edən Turan Manafov Yunanıstanın "Olimpiakos" (Volos) klubunu FIFA-ya şikayət edib. Belə ki, adı çəkilən kollektivin rəhbərliyi müdafiəçinin maaşını ödəməyib, müqavilənin şərtlərini yerinə yetirməyib.