"Qarabağ"ın futbolçusu "Kəpəz"də

2.07.2022 09:39 374
Ölkə futbolu
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football -plus.az" xəbər verir ki, Gəncə təmsilçisi "Qarabağ"dan Zamiq Əliyevi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi 2022/2023 mövsümünü "Kəpəz"də icarədə keçirəcək.

"Qarabağ"ın Zamiqi icarəyə verəcəyini öncədən xəbər vermişdik.