“Qəbələ”nin kapitanı seçimini açıqladı

1.07.2022 14:28 419
Aktual / Manşet
İki gün əvvəl AFFA-nın inzibati binasında 2021/22 mövsümündə fərqlənən hakimə "Tofiq Bəhramov mükafatı" təqdim olunub.

Sorğuda PFL prezidenti, premyer-liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsi, Futbol Hakimləri Birliyi iştirak edib. Yekunda referilərdən Elçin Məsiyev, laysmanlardan isə Namik Hüseynov "Tofiq Bəhramov mükafatı"na layiq görülüb. "Football-plus.az" saytı olaraq gizli saxlanılan mövzu ilə bağlı klubların mövqeyini öyrəndik. "Qəbələ"nin kapitanı Asif Məmmədovu dinləyək:

"Mən səsimi hakimlərdən Elçin Məsiyevə, köməkçilərdən isə Pərviz Talıbova vermişəm".

ABDULLA İSMAYILOĞLU