Nazir "Lex"lə oyuna hazırlıqla tanış oldu - FOTOLAR

30.06.2022 17:07 738
Çempionlar Liqası
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, nazir "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

Klubun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova zaman ayırıb, işlərlə tanış olduğu üçün təşəkkür edib.