• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Atletik"i nələr gözləyir? - YAZI

Manşet / Yazarlar

24-06-2022, 17:0

Amma əvvəlcə Areçabaleta seçkidə qalib gəlməlidi

Tezliklə Bilbao “Atletik”ində prezident seçkisi keçiriləcək. Bu posta üç iddialı var – İnyaki Areçabaleta, Rikardo Barkala və Yon Uriarte. Bazar ertəsi mətbuat konfransı keçirən Areçabaleta Marselo Byelsanı layihəsinin əsas siması kimi təqdim edib. Areçabaleta seçkidə qalib gəlsə, fevralda “Lids”dən qovulan argentinalı “Atletik”ə baş məşqçi kimi qayıdacaq. O, bu klubda 2011-13-cü illərdə də çalışıb.

Mətbuat konfransına qatılan Byelsa 1 saatlıq təqdimatda “Atletik”ə rəhbərlik etmək qərarı haqda danışıb, baskların indiki heyətini təhlil edib, həmçinin “Lids”dən qovulmasına ilk dəfə ictimaiyyət önündə toxunub. Argentinalı sözə “Atletik”in indiki çalışdırıcısı Marselinonu tərifləməklə başlayıb:

“İnyaki Areçabaleta mənlə ilk dəfə martda əlaqə saxladı və seçkidə qalib gələcəyi halda baş məşqçi postunu təklif edəcəyini bildirdi. “Atletik”i çalışdırmaq böyük məsuliyyətdi. Ona cavab vermək üçün bir müddət düşünməli oldum. Areçabaletaya ilk sözüm bu oldu ki, Marselinonu saxlamaq hər şeydən yaxşıdı, çünki bu məşqçinin artım imkanı var. Yalnız Marselionun gedəcəyinə əmin olandan sonra təklifə müsbət cavab verdim”.


Argentinalı belə hesab edir ki, “Atletik”in indiki heyətini onun 2011-13 aralığında çalışdırdığı komanda ilə tam müqayisə etmək olar. Yeri gəlmişkən, Byelsa ötən dəfə özünü baskların baş məşqçi postunda çox parlaq göstərmişdi. Komandası həm Avropa Liqasının, həm də İspaniya kubokunun finalına çıxa bildi, düzdü, hər ikisində də məğlub oldu:

“İndiki komandanın səviyyəsi 10 il əvvəl rəhbərlik etdiyim heyətlə müqayisə oluna bilər. Bu üzdən kluba qoşulmağı arzulayram və 2011-13-cü illərdə nail olduğumuz uğurları təkrarlamağa çalışacağam”.


Byelsa təqdimat mərasimində bu yaz, yəni “Lids”dən qovulandan sonra nə ilə məşğul olduğunu da göstərdi. Argentinalı indiki “Atletik”i dərindən təhlik edib ki, nəticələri də ictimaiyyətə təqdim etdi. O, hər futbolçunu ən xırda detallara qədər araşdırıb. Məsələn, əlində Aleks Berengerin oyun keyfiyyətləri haqda 2 saatlıq videotəqdimatın olduğunu gizlətmədi. Byelsanın ciddi təhlilinə məruz qalan daha bir sahə “Atletik”in İspaniya çempionatındakı rəqibləridi. Bunu yalnız dəlilik adlandırmaq olar: argentinalı çempionatın bütün oyunlarına baxıb!

Byelsa tədbirin gedişində “Atletik”lə əvvəlki komandası arasında çoxlu paralellər apardı. 66 yaşlı mütəxəssisin bu yöndə fikirləri:

“Atletik” profilinə görə əvvəlki komandama – “Lids”ə çox oxşayır. “Lids” sprinterlik keyfiyyətlərinə görə çox-çox yaxşıdı, Avropada ən yaxşılardan idik. Ancaq “Atletik” də bu aspektdə yetərincə güclüdü – İspaniyada ən yaxşıdı və Avropada ən yaxşılardandı”.


Byelsa 42 illik məşqçi karyerası haqda geniş danışdı ki, bu illər ərzində fəlsəfəsinin və iş metodlarının necə dəyişdiyini göstərsin. O, çalışma dövrünü üç böyük hissəyə ayırır. Byelsa “Nyuells Old Boys” dönəmini və sonrakı iş yerlərini – 1998-ci ildə “Espanyol”un baş məşqçi postunu tutana qədər – ilk mərhələ adlanırır. Həmin vaxt o məşqçi kimi formalaşıb və “Nyuells”dəki 12 ildə öyrəndiyi biolikləri tətbiq etməyi öyrənib. Byelsanın karyerasının 2-ci mərhələsi Argentina və Çili yığmalarındakı iş, həmçinin “Atletik”ə rəhbərlik etməsidi. “Marsel”, “Lill” və “Lids” isə ünlü mütəxəssisin karyerasının 3-cü mərhələsidi:

“Bu müddətdə metodlarımda və məşqlərimdə böyük dəyişikliklər baş verib. İndi biz iş yükləməsini ölçürük ki, bunun əhəmiyyəti böyükdü. Avropadakı ilk komandam olan “Atletik”dəki iş məni məcbur etdi düşünüm ki, fəlsəfəmi mükəmməlləşdirə bilərəm. Anladım ki, hazırlıq metodlarını cilalamaq və yaxşılaşdırmaq zəruridi”.


Byelsa mətbuat konfransında pis nəticələr seriyasının ona “Lids”dən qovulmaq bahasına başa gəldiyini etiraf etsə də, qovulma tarixçəsinə geniş toxunmadı. Ancaq argentinalı fəlsəfəsini necə yaxşılaşdırdığını göstərmək üçün çempionşipdə və premyer-liqada çalışdığı illəri nümunə kimi götürdü:

“Əvvəlki klubumda – “Lids”də 4 il çalışdım. Məni fevralda qovdular. Ona görə ki, komanda pis nəticələrdən ibarət arzuolunmaz seriya yaxaladı. Ancaq mən iki məqam üzərində dayanmaq istəyərdim. Birincisi vacibdi, ikincisi isə çox vacibdi. 2020/21 mövsümündə biz istər premyer-liqada, istərsə Avropada ən yaxşı qaçış gpstəricilərinə malik komanda idik. “Lids”in turnir cədvəlinin aşağı hissəsində olduğu növbəti mövsümdə də niz yenə ən yaxşı qaçış göstəricilərinə malik komanda kimi qalırdıq. Bir göstəricidən başqa. İşin intensivliyi ilə bağlı olan istənilən statistika başqalarından daha çox qaçdığımızı göstərir. Bütün bunları ona görə deyirəm ki, fiziki hazırlıq və yükləməyə nəzarət məşqçinin futbolçuların qarşısına vəzifə qoymaqda işini asanlaşdırır. “Lids” mövsüm ərzində ən az futbolçudan yararlanan komanda idi. 38 oyunda start heyətində yalnız 20 futbolçudan yararlandıq. Bundan başqa, “Lids” həmin mövsümdə premyer-liqada start heyətini hamıdan çox təkrarlayan komanda idi. Bu məqama ona görə diqqəti yönəldirəm ki, “Atletik”lə müqayisədə işə yanaşmaya münasibətimin necə dəyişdiyini göstərim. Yenilənmiş üslubum dünyanın ən çətin liqasında da ən yüksək intensivlik göstəricilərini saxlamağa imkan verir. Hətta komanda pis oynayanda da”.


“Atletik”də prezident seçkisi iyunun 24-də keçiriləcək. Deməli, artıq sabah Marselo Byelsanın basklar ölkəsinin klubuna rəhbərlik edib-etmyəcəyi aydın olacaq. Ondan sonra argentinalı artıq mətbuat konfransında dediklərini praktikada tətbiq etməlidi.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-06-2022, 21:0

“Barselona B”nin əvvəlki adı bərpa olundu

Dünya futbolu

26-05-2022, 22:0

İspaniya klubunda gözlənilən istefa

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 243
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə