Azərbaycan yığmasının sabiq üzvü Türkiyə klubunda

25.06.2022 12:05 480
Dünya futbolu
Azərbaycanın U-17 və U-19 yığmalarında oynamış İsmayıl Karakaş özünə yeni komanda tapıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi “Kütahya Belediyyespor”da oynayacaq. "Trabzonspor"un yetirməsi yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kütahyanı təmsil edən bu klub 3-cü liqada mübarizə aparır.