"Football-plus.az" xəbər verir ki, rəqib Rumıniyanın “Botoşani” klubu olacaq. “Köhlən atlar”ın görüşü Bakı vaxtı ilə saat 19.00-da “Kössen” stadionunda keçiriləcək. Yoxlama matçı olsa da, oyuna maraq yetərincə böyükdü. Ağdam təmsilçisinin azarkeşləri bu qarşılaşmanı səbirsizliklə gözləyir. Çünki yoxlama görüşlərində komandanın hazırkı durumu, az da olsa, üzə çıxır.
Bəs qarşılaşmanı həm fanatlar, həm də jurnalistlər izləyə biləcək? “Qarabağ” bu görüşü təqdim edəcək? Sualımızı klubun mətbuat katibi Gündüz Abbaszadəyə ünvanladıq. O, məsələyə belə aydınlıq gətirdi:
“Çalışırıq ki, oyunu izləyicilərimizə təqdim edək. Təbii ki, burda internet və başqa texniki imkanlarımız var. Çalışacağıq ki, oyunlarımızı rəsmi “yutub” kanalımız vasitəsi ilə canlı yayınlayaq. Bir kamera ilə olsa da, matçı azarkeşlərimizə təqdim etmək niyyətindəyik”.


