• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fransanın altıqat çempionu 40 milyon avro tapmalıdı

Dünya futbolu

21-06-2022, 20:0

Artıq məlum olduğu kimi, Fransa çempionatının son mövsümündə elitanı tərk edən komandalardan biri də “Bordo”du.

Jirondistlər Liqa 1-də sonuncu – 20-ci yeri tutdular. Ancaq onların əzab-əziyyəti bununla bitmədi. Fransada futbol klublarının monitorinqinə və hesabla bağlı əməliyyatlarına görə cavahdehlik daşıyan qurum - DNCG “Bordo”nun prezidenti Jerar Lopeslə görüşdən sonra bu adlı-sanlı klubu 3-cü diviziona keçirməyə qərar verib. “Bordo”nun maliyyə durumunu incələyən nəzarətedici orqan klub büdcəsində təxminən 40 milyon avro kəsir olduğunu üzə çıxarıb.

“Bordo” artıq mövcud vəziyyətlə bağlı bəyanat yayıb:

“Bu, klubu maliyyə durumunu nizamlamaqla bağlı strategiyanı gerçəkləşdirmək və “Bordo” tarixinin yeni səhifəsini yazmaq imkanından məhrum edən qəddar qərardı. Klubumuz artıq 10 milyon avro vəsait cəlb etməklə bağlı təminat verib, həmçinin bir neçə oyunçunun satılmasını təklif edib ki, onların ümumi dəyəri komissiyanın müəyyənləşdirdiyi kəsir məbləğindən yüksəkdi”.

Plan aydındı:

klub əlavə vəsaitin cəlb olunması və oyunçuların satışı vasitəsi ilə büdcə kəsirini aradan qaldırmağa hazırdı. Ancaq DNCG belə təminatları inandırıcı sayacaqmı – bax, sual doğuran məqam budu. “Bordo” 3-cü diviziona göndərilməsiylə bağlı qərardan şikayət edəcək, bunun üçün bir həftə vaxtı var. Gerçəklik budu ki, indi Fransanın altıqat çempionları üçün durum yetərincə faciəvi görünür.

Problemlərin xronikası

Əslində “Bordo”nun indiki durumu illərdi davam edən problemlərin acı nəticəsidi. Bura həm zarafata görə sponsordan uzaqlaşmaq, həm məşqçini qovmaq üçün pul çatışmazlığı, həm də kapitanla bağlı çətinliklər daxildi. Klub hər yöndə problemlər içində çabalayırdı. Qısaca bunları xatırladaq.

• “Bordo” əsas sponsorlarıdan biri olan “Winamax” bukmeker kontoru ilə (hər il 1,5 milyon avro verirdi) müqaviləni pozdu. Sadəcə, ona görə ki, kontorun “tvitter” səhifəsi daim sosial şəbəkələrdə klub haqda zarafatlar edirdi, adətən, məhz oyun keyfiyyətini hədəfə almaqla. “Bordo”nun baş meneceri Toma Jakmye böyük pulla fəlsəfi şəkildə vidalaşdı: “Klubun fanatları məğlubiyyətlərdən sonra bizə gülə bilər, sponsorlar isə yox”.

• Yanvarın əvvəlində klubda 21 koronavirus testi müsbət çıxdı. “Bordo” Fransa kubokunda mübarizəni “Brest”ə 0:3 uduzmaqla dayandırdı – heyətdəki oyunçulardan yalnız beşi buna qədər liqada, heç olmasa, 1 dəqiqə oynamışdı. Komanda çempionatda təxirəsalmalara ümid edirdi. Ancaq düz “Marsel” ilə oyun ərəfəsində xəstələr qəfil sağaldı, bu üzdən məşqsiz qalan futbolçular meydana çıxdılar. Yəni “Bordo”nun nə oyunları təxirə salındı, nə də komanda mövsümün ikinci hissəsinə normal hazırlaşa bildi.

• “Bordo” maliyyə problemləri üzündən uzun müddət baş məşqçini – isveçrəli Vladimir Petkoviçi qova bilmədi. Onu yalnız fevralda – altı oyunun 5-də məğlub olandan sonra qovdular. Petkoviç 10 milyon avro kompensasiya tələb edirdi. “Reyms”dən gələn David Qiyon vəziyyəti düzəldə bilmədi.

• Menecment Loran Kosyelnini – komandanın kapitanını ehtiyata atdı, eləcə də Otavio, Pol Bayss, Samuel Kali, Mehdi Zerkan və Coş Mayya ilə vidalaşdı. Əsas səbəb kimi o göstərildi ki, bu adamlar kluba lazım deyil. Bir qədər sonra Kosyelni klubla müqaviləsini pozdu və karyerasını bitirdi.

• Kosyelnidən sonra kapitan sarğısı Benua Kostilə verildi. Ancaq martda “Bordo” azarkeşləri qapıçını klub əməkdaşlarından birinə münasibətdə irqçilikdə suçladı. Benua bu ittihamı rədd etsə də, mövsümün sonunda klubdan getdiyini açıqladı.

• Martın sonunda aydın oldu ki, “Bordo”nun adı çəkilməyən oyunçusu komanda yoldaşlarının ayaqqabılarını oğurlamaqla və interner yolu ilə satmaqla məşğul olub. Başverənlərlə bağlı “Bordo”nun futbolçularına həmin oğrunun sabiq qız rəfiqəsi danışmışdı. Komanda üzvləri belə hesab etdilər ki, bir daha belə oğru ilə çalışmaq olmaz. Klub rəhbərliyi onu bir oyunluq kənarlaşdırdı və cərimələdi. Qalan oyunçular bunu çox yüngül cəza sayıb, narazılıqlarını gizlətmədilər.

“Bordo” 2009-da çempion olub, bir il sonra ÇL-in 1/4 finalında oynayıb

Jirondistlər son bir neçə mövsümdə turnir cədvəlinin ortalarında var-gəl edib. Ancaq 2000-lərin sonu – 2010-un əvvəlində hər şey fərqli idi. Komanda 2008/09 mövsümündə son 10 ildə ilk dəfə çempion oldu. Həmin çempionluq çox dəyərli idi. Çünki jirondistlər “Lion”un 7 mövsüm sürən hegemonluğuna son qoymuşdular. Həmin heyətdə Yohan Qurkyuff, Fernando Kavenaqi və Maruan Şamax kimi ulduzlar parlayırdı. Növbəti mövsüm Liqa 1-də uğuru təkrarlamaq mümkün olmadı – 6-cı yer. Əvəzində Çempionlar Liqasında parladılar, “Bavariya”, “Yuventus” və Hayfa “Makkabi”sinin olduğu qrupda 1-ci yeri tutdular. 1/8 finalda “Olimpiakos”u da keçdilər, ancaq 1/4 finalda bəxtlərinə möhkəm “Lion” çıxdı. “Bordo” iki oyunun nəticəsinə görə 2:3 hesabıyla uduzdu. Sonrakı 12 il ərzində isə jirondistlər həmin uğurlara yaxın düşə bilmədi. Və indi artıq 3-cü diviziona yuvarlanmağın astanasındadılar. Uçurumun dibi də görünmür...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-03-2022, 22:0

Ən varlı klublar hansılardı? - SİYAHI

Dünya futbolu

27-03-2022, 17:0

Yaşıl meydanı tərk etməli oldu

Aktual
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
Son xəbərlər
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə