"Qarabağ" Çempionlar Liqasına hazırlaşmaq üçün bu ölkəyə getdi

20.06.2022 09:19 423
Premyer-liqa
İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi bu gecə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avstriya toplanışı üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər isə hələ müəyyənləşməyib.