Stend atıcılarımız beynəlxalq yarışda bürünc medal qazanıb

17.06.2022 21:14 472
İdman
Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran Pri yarışında komandamız ilk uğurunu əldə edib.

"Football-plus.az" xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.

Qeyd edək ki, Konya-2022 Qran-prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.