Azərbaycan kuboku keçiriləcək

11.05.2022 12:59 462
İdman
Mayın 12-də stend atıcılığı üzrə Azərbaycan Kubokuna start veriləcək.

Federasiyanın Mətbuat Xidmətindən "Football-plus.az"a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində 3 gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək