İspaniya La Liqası PSJ-dən UEFA-ya şikayət edib.
Şikayət ötən həftə edilib. İspaniya çempionatının ən yüksək liqasının rəhbərliyi Fransa klubunun UEFA-nın “maliyyə feyr-pleyi” qaydalarını dəfələrlə pozduğunu iddia edir. La Liqanın yaydığı məlumatda parislilərin qanunsuz fəaliyyətinə görə əlavə hüquqi tədbirlər görülməli olduğu bildirilir.
Yeri gəlmişkən, bir müddət əvvəl La Liqanın prezidenti Xavyer Tebas UEFA-ya “Yuventus” və “Mançester Siti”dən də şikayət etmişdi.