 
Millətlər Liqasının qrup mərhələsinin Belçika - Polşa oyunu 6:1 hesabı ilə nəticələnib.
Maraqlıdı ki, Brüsseldə keçirilən matçda hesabı qonaq komanda açıb. Polşalıların aparıcı hücumçusu Robert Levandovski 28-ci dəqiqədə komandasını ümidləndirib. Lakin fasilə ərəfəsində hesabı bərabərləşdirən meydan sahibləri, necə deyərlər, rəqibi hesabı açmasına görə peşman edib. Roberto Martinesin çalışdırdığı komanda ikinci hissədə Bartlomey Dronqovskinin qoruduğu qapıdan 5 cavabsız top keçirib. Nəticədə Polşa millisi son 12 ildə ikinci ən böyükhesablı məğlubiyyətini alıb. “Ağ-qırmızılar” 2010-cu ilin iyununda keçirilən yoldaşlıq görüşündə İspaniyadan 6 cavabsız top buraxmışdılar. Belçika yığmasının 2021-ci ilin martında Belarusu daha böyük – 8:0 hesabı ilə darmadağın etdiyini də xatırladaq.