Cennaro Qattuzonun “Valensiya”ya gözlənilən təyinatı rəsmən açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, İtaliyalı mütəxəssis İspaniya klubu ilə 2 illik müqaviləyə qol çəkib. O, bu günlərdə baş məşqçi vəzifəsindən istefaya göndərilən Xose Bordalasın yerini tutub.
44 yaşlı Qattuzo daha əvvəl “Napoli”, “Milan”, “Piza”, OFİ, “Palermo” və “Syon”u çalışdırıb. İspaniya mənbələri onun “Valensiya”da bonusları nəzərə almasaq, ilə 3 milyon avro qazanacağını iddia edir.