"Football-plus.az" xəbər verir ki, Denis Polyakov zədələnib. O, Azərbaycanla hər iki oyunu buraxa bilər. Bu məlumatı federasiyanın rəsmi saytına açıqlamasında komandanın baş məşqçisi Georgi Kondratyev deyib:
"Təəssüf ki, Polyakovun yüngül zədəsi var. Onun bizə nə qədər kömək edə biləcəyini bilmirəm. Amma bu futbolçu çox təcrübəlidi. Öz klubunda yaxşı oynayır. Polyakov son matçda yalnız zədə səbəbindən yox idi".




