"Football-plus.az" xəbər verir ki, “Real”ın “Liverpul”u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə ÇL-in qalibi olmasında 9 dəfə seyv etməklə rol oynayan qapıçı final matçına zədəli halda çıxıbmış! O, artıq bir neçə həftədi qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkir. Bunu Tibonu Belçika yığmasına çağıran milli komandanın qapıçılar üzrə məşqçisi Ervin Lemmens də təsdiqləyib:
“Qasıq nahiyəsindəki zədəsi yaxşıca müalicə olunmalıdı. Bu, onun növbəti mövsümə və dünya çempionatına tamamilə hazır olması üçün vacibdi. Kurtuanın yaxşı istirahətə ehtiyacı var, bunu anlamalıyıq. O, Millətlər Liqasının qarşıdakı oyunlarını buraxacaq”.



