Vanolinin aqibəti müəyyənləşdi

26.05.2022 20:54 419
Dünya futbolu
Paolo Vanoli ilə bağlı şaiyələrə son qoyulub.

Artıq onun aqibəti müəyyənləşib: italiyalı məşqçi “Spartak”ın Rusiya kubokunun finalında hansı nəticə göstərəcəyindən asılı olmayaraq, komandada qalacaq. “Dinamo” ilə həlledici matç mayın 29-da keçiriləcək. Xatırladaq ki, Vanolinin komandası premyer-liqada mövsümü 16 iştirakçı arasında 10-cu yerdə başa vurub.