Xokkey üzrə Avropa çempionunun adı bəlli oldu

30.05.2022 12:11 381
İdman
Xokkey üzrə dünya çempionatına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, final matçında Finlandiya yığması Kanadaya əlavə vaxtda 4:3 hesabı ilə qalib gəlib.

Finlər dördüncü dəfə - 1995, 2011 və 2019-cu illərdə çempionluğu qazanıb. Bununla yanaşı, adıçəkilən ölkənin xokkeyçiləri on dəfə gümüş, üç dəfə bürünc medal qazanıblar.