• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Barselona"nın sabiq vitse-prezidenti "Qarabağ" və Vəli Qasımov haqda nələr söylədi? - MÜSAHİBƏ

Manşet / Müsahibə

28-05-2022, 00:0

Srağagün Bakıda İspaniyanın “Antiguoko” Futbol Akademiyasının filialının açılış mərasimi keçirildi.

Tədbirdə akademiyanın prezidenti Edorto Salegi, "Barselona"nın sabiq vitse-prezidenti Emili Rouso Pares, Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev, Milli Məclisin deputatı Tahir Kərimli, “Antiguoko” Bakı filialının rəhbəri, əməkdar məşqçi Zamin Əsədullayev, futbol ictimaiyyətinin nümayəndələri, azyaşlı futbolçular və başqa qonaqlar iştirak edirdi.

Fəxri kürsüyə dəvət olunan Əsədullayev akademiyanın fəaliyyəti ilə bağlı qonaqlara mlumat verməklə yanaşı, əsas məqsədlərinin burda yetişəcək istedadlı futbolçuların gələcəkdə İspaniyaya yollanmasını təmin etmək olduğunu dedi. Ondan sonra mikrofon arxasına “Antiguoko”nun prezidenti Salegi keçdi. İspaniyalı qonaq əvvəlcə akademiyanın tarixi barədə danışdı, tanınmış yetirmələrinin adlarını sadaladı. O çıxışı zamanı Azərbaycanı seçmələrinin səbəbini açıqladı:

"Layihənin bünövrəsini qoyanda futbolun inkişaf edəcəyinə inanırdıq. Zamanla istedadlı futbolçuları İspaniyadakı akademiyamıza aparacağıq. İşə həvəslə və ciddi yanaşsaq, uğur qazanacağıq".

2019-cu ilədək "Barselona"nın vitse-prezidenti vəzifəsində çalışan Pares isə “burda belə bir akademiyanın açılması Azərbaycan üçün böyük xoşbəxtlikdi” söyləməklə yadda qaldı.

Daha sonra Mustafayev çıxış üçün kürsüyə dəvət olundu. İş adamı bildirdi ki, bu ideya Azərbaycan futbolunu inkişaf etdirməyin yollarını müzakirə edərkən ortaya çıxıb:

"Bu tam fərqli yanaşmadı. Ümid edirəm ki, müsbət nəticələrini görə biləcəyik. Əsas odu ki, davamlı olsun".


Milli Məclisin deputatı Tahir Kərimli layihənin uğurlu olacağına inandığını söylədi: "Biz ispanlarla oxşar millətik. İnanıram ki, bu akademiyanın filialının Bakıda açılması ölkə futbolunun inkişafına töhfə verəcək. Bu gün ispan futboluna bütün dünya pərəstiş edir".

Tədbirin sonunda üzərində “Antiguoko” Futbol Akademiyasının loqosu olan tort kəsildi. Yeri gəlmişkən, akademiyanın Bakıdakı filialı Binəqədi rayonu ərazisində fəaliyyət göstərəcək. Fürsətdən istifadə edib tədbirə fəxri qonaq qismində dəvət alan “Barselona”nın sabiq vitse-prezidenti Emili Rouso Pareslə söhbətləşdik.

- Əvvəlcə səfərlə bağlı təəssüratınızı bilmək maraqlı olardı. Özünüzü Bakıda necə hiss edirsiz?
- Bu, Bakıya ikinci səfərimdi. Çox gözəl şəhərdi. İnsanları istiqanlı və qonaqpərvərdi. Burda olduğum üçün şadam.

- İlk səfəriniz nə vaxt olmuşdu və nə ilə bağlı idi?
- Birinci səfərim ötən ilin dekabrında Azərbaycanda investisiya proqramlarının inkişafı ilə bağlı gerçəkləşmişdi. Azad olunan ərazilərə investisiya yatırmaqla bağlı idi.

- Azərbaycan futbolu deyəndə gözünüzün önündə nə canlanır?
- Azərbaycan futbolu dünyada elə də tanınmır. Futbolçunun yüksək kompetensiyası olmalıdı ki, öz səviyyəsini qaldırsın.

- Azərbaycan futbolu dünyada çox tanınmasa da, "Qarabağ" avrokuboklarda adından söz etdirə bilib. Hətta 2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda Madrid "Atletiko"su ilə hər iki oyunda heç-heçə etmişdi. Yəqin ki, bu komandanı tanıyırsız...
- Bilirəm ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridi. Ağdamı təmsil etsələr də, ev oyunlarını Bakıda keçirirlər. Yaxşı oyunçularının olmasından xəbərdaram.

- Ötən əsrin 90-cı illərində İspaniyada Vəli Qasımov adlı azərbaycanlı futbolçu çıxış edib. Onunla bağlı bilginiz var?
- Bəli, elə bir futbolçu yadımdadı. Adlar çox olmadığı üçün tək-tük oyunçular tanış gəlir. Səhv etmirəmsə, "Betis"də də çıxış edib.

- Bəs İspaniya sequndasında çıxış edən, hazırda isə "Neftçi"nin formasını geyən Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov sizə tanışdı?
- Aşağı liqaları izləmədiyim üçün tanımıram.

- Sizcə, hansısa azərbaycanlı futbolçunun "Barselona"nın formasını geymək xəyalının gerçəkləşməsi üçün nə lazımdı?
- "Barselona" həmişə bütün dünyada istedad axtaracaq. Belə oyunçuları seçib öz akademiyasına cəlb etmək üçün hər yola əl atacaq. Bizdə xüsusi skautlar var ki, sırf bu istiqamətdə çalışırlar. Həmin uşaqlar gələcəkdə komandamızda oynayırlar. Azərbaycana futbolun baza strukturu lazımdı.

- "Barselona" akademiyasında sırf Qafqaz regionu üzrə skautlar var?
- Əlbəttə. "Barselona" çox qəliz struktura malik klubdu. Bəyənilən futbolçunun yaşı mütləq 12-dən çox olmamalıdı.

- La Masiyanın özəlliyini bir cümlə ilə necə ifadə edə bilərsiz?
- La Masiyanın özünəməxsus infrastrukturu var və futbolçuları buna uyğun inkişaf etdirir. Həmçinin "Barselona"nın özünə aid başqa akademiyaları da var. Düzdü, onlar La Masiya kimi fəaliyyət göstərmir. Məsələn, “Antiguoko” Futbol Akademiyası kimi. Belə akademiyalarla da əməkdaşlıq “Barselona”nın uşaq futbolu ilə bağlı yürütdüyü siyasətin bir parçasıdı.

- Vaxtilə Madrid "Atletiko"su ilə əməkdaşlıq çərçivəsində klubun formasında "Land of fire Azerbaijan" sözləri yer almışdı. Bu barədə nə deyə bilərsiz?
- "Atletiko" İspaniyanın 3-cü böyük klubudu. Yaxşı akademiyaları var. Mənim üçün "Barselona" və "Real"la İspaniyanın başqa klubları arasında bir fərq var: bu iki komandanın sahibi yoxdu, xalqın klubudu. Bütün dünyaya açıqdılar. Lionel Messi "Barselona"ya gələndə ona inkişaf hormonu çatışmazlığı diaqnozu qoyulmuşdu. Klub onun böyüyəcəyini bilməyə-bilməyə müalicəsinə pul ayırdı.

- Amma Messi bu qədər fədakarlıq edən "Barselona"nı PSJ-yə dəyişdi. Yəni pulu seçdi...
- Xeyr, pulu seçmədi. Onun agenti atasıdı. Bu keçiddə atasının israrı daha çox rol oynadı. Messi "Barselona"dan öz xoşu ilə getmədi. Komandanı ağlaya-ağlaya tərk etdi.

- Argentinalı hücumçuya “yad planetdən gələn oyunçu” deyirlər. Doğrudan belədi?
- Çox fərqli oyunçudu. O, futbolla yaşayan insandı. Titul Messi üçün olduqca vacibdi. Maliyyə onun üçün ikinci dərəcəlidi. Mənə elə gəlir ki, argentinalı superqəhrəmandı. Onunla yaxşı münasibətim var. Ünsiyyətcil deyil, çox az danışır. Böyük futbolçudu. Düşünürəm ki, uzun müddət onun kimi oyunçu yetişməyəcək.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

17-05-2022, 12:0

“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL

Ölkə futbolu / Günün xəbəri

8-05-2022, 15:0

Bakıda yeni akademiya fəaliyyətə başlayacaq

Aktual
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
Son xəbərlər
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
Daha çox
Oxunub: 358
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 266
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə