"Qarabağ"ın təşkilatçılığı ilə "Zəfər Kuboku" turniri keçiriləcək

24.05.2022 23:39 564
Ölkə futbolu
“Qarabağ”klubu, Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər İdman Baş idarəsinin, eləcə də Suraxanı rayon Gənclər İdman idarəsinin təşkilatçılığı ilə “Zəfər Kuboku” turniri keçiriləcək.

"Football-plus.az" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış sabah saat 11:00-da start götürəcək.

Turnirdə 2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəbliləri iştirak edəcəklər. Oyunlar “Azersun Arena”da keçiriləcək.