Kilian Mbappeni heyətinə qata bilməyən “Real” hücum xəttini başqa ulduzla gücləndirməyi planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun əsas hədəfi Rahim Sterlinqdi.
Madridlilər “Mançester Siti”nin vingerini bu yay transfer etmək niyyətindədir. “Real” bu transfer üçün 50 milyon funt sterlinq ödəməyə hazırdı.
Qeyd edək ki, ispaniyalılar Kilianla ilkin razılıq əldə etsə də, 23 yaşlı hücumçu sonda PSJ-də qalmağa üstünlük verib.