İsayev 3-cü oldu

22.05.2022 20:20 454
İdman
Bu gün Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.



"Football-plus.az" saytının məlumatına görə, idmançımız Radik İsaev (+87 kq) almaniyalı rəqibi Cem Ünlüsoya 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc mükafat qazanıb.