Eriksen hansı qərarı verəcək?

22.05.2022 15:36 420
Dünya futbolu
Kristian Eriksen hələ ki karyerası ilə bağlı yekun qərarını verməyib.

Yanvarda “Brentford”la 6 aylıq müqavilə bağlayan danimarkalı futbolçu qəti qərara gəlməkdə çətinlik çəkir. O, bu haqda jurnalistlərə belə açıqlama verib: “Məni bundan sonra nə gözlədiyini bilmirəm. İdman və ailə maraqlarıma görə qərar verəcəyəm.

“Brentford”da qalmaq variantına da baxacağam. Hələ ki götür-qoy edirəm. İdeyam var, amma bir sıra amilləri nəzərə almalıyam”.