ABŞ-ın "Kanzas Ceyhoks" klubunun sabiq qapıçısı Reyqan Gibbs evində ölü tapılıb.
25 yaşlı futbolçunun həyat yoldaşı şübhəli bilinərək saxlanılıb. İlkin versiyaya görə, ABŞ-dan olan qolkiperin ölümünə məişət zorakılığı səbəb olub.
Qeyd edək ki, Gibbs 2015-18-ci illərdə "Kanzas Ceyhoks"un formasını geyib.