“Tottenhem” Koreyanın mebel istehsalçısı “Sidiz” şirkəti ilə əməkdaşlığı vaxtından əvvəl dayandıracaq.
"Football-plus.az" xəbər verir ki, şirkət müqavilədə əməkdaşlığa vaxtından əvvəl xitam verilməsinə imkan verən bənddən istifadə edəcək. Tərəflər arasında müqavilə oktyabrın sonunda qüvvədən düşəcək.
“Sidiz” “Tottenhem”in məşq bazasını, həmçinin stadiondakı mətbuat zonasını xüsusi kreslolarla təmin edirdi. Komandanın baş məşqçisi Roberto De Zerbi də bazada həmin şirkətin kreslosundan istifadə edir.
Qeyd edək ki, “Sidiz” son 6 ayda “Tottenhem”lə əməkdaşlığı dayandıran ikinci sponsordu. Bundan əvvəl Koreyanın başqa bir şirkəti “Kumho Tyre” ötən mövsümün sonunda klubla təxminən 10 illik tərəfdaşlığına son qoymuşdu.
Bu mövsüm uğursuz çıxış edən “Tottenhem” premyer-liqada arxada qalan 5 turda 2 xal qazanmaqla sonuncu - 20-ci yeri tutur.
London klubu itirə-itirə gedir
Dünya futbolu





