Nazarovun komandasından qələbə

16.05.2022 10:27 464
Dünya futbolu
Almaniya 2-ci Bundesliqasında 2021/22 mövsümünə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi “Ertsebirge” 34-cü turda səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Azərbaycan millisinin üzvünün komandası 1:0 hesabı ilə qalib gəlib.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

34 oyuna 26 xal toplamış “Ertsebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və aşağı liqaya düşüb.

Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.