İngiltərənin "Uotford" klubunun yeni baş məşqçisi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Rob Edvards təyin edilib.
40 yaşlı uelsli mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqələşən "Uotford" növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.
Premyer Liqanı tərk edən klubun yeni baş məşqçisi açıqlanıb
Dünya futbolu



