Son çempion AFFA-ya müraciət etməyəcək - ÖZƏL AÇIQLAMA

10.05.2022 14:34 760
Ölkə futbolu / Manşet
“Premyer-liqaya lisenziya ala bilmədiyimiz üçün apellyasiyaya müraciət etməyəcəyik. Bunun üçün səbəblərimiz var”.

Bu sözləri “Football-plus.az”a açıqlamasında “Qaradağ Lökbatan”ın prezidenti Bəbir Məmmədov dedi. Klub rəhbəri Lisenziyalaşdırma Qrupunun qərarına etiraz etməyəcəklərini bildirdi. Məmmədov bunun səbəbini belə izah etdi:

“Premyer-liqada iştirak etmək üçün lisenziyanın hüquqi meyarında problemlərimiz var idi. Bizim əsas sponsorumuz SOCAR-dı. Şirkət həmçinin “Neftçi”nin sponsorudu. Bu səbəbdən də bizə lisenziya verilmədi. Ona görə də apellyasiyaya müraciət etməyəcəyik”.


Bəbir bəy klubun sponsorunun dəyişməsinin də ondan asılı olmadığını dilə gətirdi:

“Hazırda bu məsələ ilə bağlı hansısa yenilik yoxdu. Sponsorun dəyişməsi məndən asılı deyil”.


İLKİN SULTANLI