Xatirə turniri başa çatdı

9.05.2022 12:39 586
İdman
Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda veteran idmançılar bacarıqlarını göstəriblər.

Qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yeri tutub.

40-49 yaşlı kişilərin turniri Zaur Mikayılovun qələbəsi ilə nəticələnib. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 yaş və yuxarı yaş qrupunda 1-ci olub. Qoşa turnirdə isə, Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə çalıb. Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.