Renatın komandası "Sportinq"lə qarşılaşdı - VİDEO

10.04.2022 10:30 498
Ölkə futbolu
Portuqaliya çempionatında 29-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi "Tondela" "Sportinq"i qəbul edib və 1:3 hesabı ilə məğlub olub.

Millimizin hücumçusu bu matçda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Tondela" hazırda 25 xalla 16-cı, "Sportinq" 73 xalla 2-ci pillədə qərarlaşır.