Mane üçün əlamətdar oyun

6.04.2022 11:00 500
Dünya futbolu
Çempionlar Liqasının 1/4 finalında "Benfika" ilə ilk oyun "Liverpul"un futbolçusu Sadio Mane üçün əlamətdar olub.

Bu barədə yerli mətbuat xəbər yayıb. Oyunçu matçın 34-cü dəqiqəsində fərqlənib. Bu, Manenin turnirdə 22-ci qolu olub. Nəticədə yarımmüdafiəçi "Liverpul"un keçmiş futbolçusu Stiven Cerrardı (21 qol) qabaqlayaraq komandanın ÇL-də ən çox qol vuran oyunçuları sırasında 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, sıralamaya Məhəmməd Salah başçılıq edir - 33 qol.