Bu gün premyer-liqanın 24-cü turu start götürüb.
Turun ilk oyununda "Şamaxı" öz meydanında "Səbail"i qəbul edib.
Qarşılıqlı hücum şəraitində keçən qarşılaşma tərəflərin səylərinə rəğmən qolsuz bərabərliklə başa çatıb.
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 9:+2=3-4, 7-12.
2017/18 - 1:0, 1:1; 2018/19 - 1:1, 0:3; 2019/20 - 1:2, 0:1; 2020/21 - 0:2, 1:0; 2021/22 - 2:2.
Cəzalı: Pərviz Azadov, Şəhriyar Əliyev, Franko Flores (hamısı “Şamaxı”), Adil Nağıyev, Tural Bayramlı (hər ikisi “Səbail”).
“Futbol+”in proqnozu: 30-40-30.
Şamaxı. Şəhər stadionu. Saat 16.30
"Football-plus.az" Peşəkar Futbol Liqasına istinadən oyunun video icmalını təqdim edir: