Quliyevin komandası xal itirdi

3.05.2022 10:00 501
Ölkə futbolu
Rusiya çempionatında 27-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Ayaz Quliyevin çıxış etdiyi "Arsenal" "Nijni Novqorod"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Mübarizəyə ilk "11-lik"də başlayan azərbaycanlı futbolçu sonadək meydanda olub.

Qeyd edək ki, “Arsenal” 22 xalla sonuncu pillədə qərarlaşıb.