• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cinsi zorakılıqda ittiham olunanların aqibəti necə olacaq? - YAZI

Dünya futbolu

1-05-2022, 11:0

Qrinvud, Mendi və Siqurdsson..

Meyson Qrinvud, Benjamen Mendi və Gilfi Siqurdsson artıq uzun müddətdi İngiltərə premyer-liqasının oyunlarında görünmürlər. Səbəb heç də onların zədəli olmaları və ya məşqçilərin etimadını qazana bilməmələri ilə bağlı deyil. Haqqında cinayət işi açılan bu futbolçular istintaq altındadılar. Onların düşdüyü üzücü vəziyyətə nəzər salacağıq.

MY Qrinvuda hələ də məvacib ödəyir

Qrinvudun qanunla problemi bu il yanvarın sonunda başlayıb. Onun sevgilisi Herriet Robson “instaqram” hesabında partlayan və qana boyanan dodaqlarının, zədələrdən göyərmiş bədəninin şəkillərini nümayiş etdirmişdi. Gənc qız adamı vahiməyə salan fotoların altında bu cümlələri yazmışdı: “Meyson Qrinvudun əslində mənimlə nə etdiyini bilmək istəyən hər kəs üçün”. Herriet sevdiyi oğlanın səs yazısını da ictimaiyyətə çatdırmışdı. Həmin yazıda 20 yaşlı futbolçunun qızı olduqca kobud şəkildə cinsi əlaqəyə dəvət etdiyi aydın eşidilirdi.

MY rəhbərliyi bir qədər gözləmə mövqeyi tutandan sonra Qrinvudun qeyri-müəyyən müddətə komandadan kənarlaşdırıldığını açıqladı. Bir neçə gündən sonra bu gənc oğlan zorlama və ölümlə hədələməyə görə həbs olundu. Buna qədər onun yalnız Herrietə bədən xəsarətləri yetirməsi ilə bağlı istintaq aparılırdı. Meyson hər necə olsa, fevralın 2-də girov qoymaqla təhqiqatın aparıldığı müddətdə sərbəst buraxıldı.

Bundan sonra onun digər problemləri də ortaya çıxdı: “Nike” şirkəti futbolçu ilə əməkdaşlığı dayandırdı, “FIFA 22”, “Konami eFootball” və “Football Manager 2022” kimi simulyatorlar onu oyunlardan kənarlaşdırdılar. “Yunayted”in azarkeşlərinə Qrinvud soyadının yazıldığı formaları ödənişsiz istənilən digər futbolka ilə dəyişmək imkanı yaradıldı. Bu da son deyil: bu oğlanın soyadı ilə bağlı olan bütün məhsullar klubun internet-mağazasından yığışdırıldı.

Bəs sonra nə olub? “Daily Mail” MY-nin Qrinvuda hələ də həftəlik 75 min funt sterlinq məvacib ödədiyini müəyyən edib. Komandanın bəzi fanatları aprelin əvvəlində klubun saytında onun əsas heyətin oyunçusu kimi göstərilməsinə diqqəti çəkib. Sosial şəbəkələrdə ortaya qoyulan fikrə əsasən, rəhbərlik hücumçunu geri qaytarmaq niyyətindədi. Lakin klub bunu təkzib edib:

“Meysonun statusunda heç bir dəyişiklik baş verməyib. Yanvarda heyətdən kənarlaşdırılandan sonra onun profilini klubun tətbiqetmələrindən silmişik. Lakin futbolçunun profili heç vaxt saytdan çıxarılmayıb. Ona görə ki, Qrinvud istintaq prosesi müddətində komandanın üzvü sayılmasa da, MY-nin oyunçusudu”.


Bir neçə həftədən sonra onun komandanın məşqlərinə qatılması haqda şayiə yayılıb. Ancaq jurnalistlər Kris Uiler (Daily Mail) ilə Saymon Stoun (BBC) sosial şəbəkələrdə yayılan bu xəbəri təkzib ediblər.

Meysonun girov qoymaqla sərbəst buraxıldığı müddət bu gün – aprelin 30-da sona çatır, amma müddətin artırılacağı istisna olunmur. Məişət zorakılığı Böyük Britaniyada cinayət sayılır. Buna görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Seksual cinayətə görə isə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur. Hər şey zorakılığın dərəcəsindən asılıdı, bu planda ittiham daha ciddi maddələrə görə dəyərləndirilə bilər. Qrinvud günahkar sayılacağı halda MY-nin cəzalarına da məruz qalacaq, ən pis halda onunla müqavilə pozulacaq.

134 gün həbsdə olub, indi isə sərbəstdi

Mendinin məsələsi daha ciddidi. Fransız futbolçu 2021/22 mövsümünün startı ərəfəsində birdən-birə 4 seksual təcavüz ittihamı ilə üzləşdi. Bir neçə ay ərzində ona yönələn bu tip ittihamların sayı 9-a (!) çatıb: Benjamen həm zorlamada, həm də cinsi təcavüzə cəhddə günahlandırılır. O, bu hərəkətlərə 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustunadək olan zaman kəsiyində əl atıb. İttihamçı rolunda yaşı 16-dan çox olan 4 şəxs çıxış edir.
MS-nin müdafiəçisi 2021-ci ilin avqustunda həbs olunub. O, əvvəlcə Liverpulda B kateqoriyalı məhbusların saxlanıldığı “HMP Altcourse” həbsxanasında saxlanılıb. Dekabrın 23-də isə Mançesterdəki A kateqoriyalı məhbusların cəza çəkdiyi “Strangeway” həbsxanasına göndərilib.

Bəs sonra nə olub? 134 gün həbsdə olan Mendi bu ilin yanvarında girov əvəzində sərbəst buraxılıb. Amma fransız futbolçunun canı məhdudiyyətdən birdəfəlik qurtulmayıb: o, ayağında elektron qolbaq daşımağa və hər gün polis idarəsi ilə əlaqə qurmağa məcburdu.

Məlum işlə bağlı Benjamenlə birlikdə 40 yaşlı Lui Saha Matturi də istintaqa cəlb olunub. İndi hər ikisi iyulun 25-nə tyin olunan məhkəməni gözləyir. Paralel olaraq məhkəməyəqədərki dinləmələr də davam etdirilir. Növbəti sorğu-sual mayın 23-nə təyin olunub.

Futbolçunun şəxsi həyatı ilə bağlı kiçik detalları da nəzərinizə çatdırırıq. Apreldə onu Çeşir qraflığında görüblər. Benjamen dostlarıyla birgə qəhvə içərək zarafatlaşırmış...

Siqurdssonun məhkəməsi üç dəfə təxirə düşüb

Siqurdsson səbəbkarı olduğu qalmaqala qədər İslandiya futbolunun əfsanəsi sayılırdı. Standart vəziyyətlər üzrə usta sayılan futbolçu premyer-liqada uzun müddət top qovub. O, 2021-ci ilin yayında həddi-büluğa çatmayanlara qarşı cinsi zorakılıq ittihamıyla həbs olunub. “Everton” oyunçusunu dərhal komandadan kənarlaşdırıb. İlk günlər islandiyalı yarımmüdafiəçinin adı rəsmən çəkilməsə də, çoxları söhbətin məhz Gilfidən getdiyini anlamışdı. O da girov qoymaqla sərbəst buraxılıb. İndi isə gizli yaşadığı mənzildə məhkəmənin çıxaracağı hökmü gözləyir.

Yerli medianın yaydığı xəbərlərə görə, təcrübəi futbolçu ötən aylar ərzində bir neçə dəfə sorğu-suala tutulub, evində axtarış aparılıb. Gilfinin bəzi əşyaları polis tərəfindən müsadirə edilib. Siqurdssonun məhkəməsi nədənsə üç dəfə təxirə salınıb. Yeni tarix kimi iyulun 16-sı müəyyən edilib.
İndi 32 yaşında olduğunu nəzərə alsaq, futbolçu karyerasının böyük ehtimalla sona çatdığını demək olar.

Paylaş:
Digər xəbərlər
Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə