Azad olunmuş torpaqlarımızda ilk idman yarışına 10-dək ölkə qatılacaq

29.04.2022 12:10 535
İdman
Azad olunmuş torpaqlarımızda ilk idman yarışına – avarçəkmə üzrə Prezident kubokuna 10-dək ölkə qatılacaq.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış Suqovuşanda start götürəcək.

Mübarizəyə 10-dək ölkədən idmançı qatılacaq. Mayın 6-da Suqovuşanda başlayacaq Prezident kuboku Mingəçevirdə başa çatacaq.