Bundesliqada 2021/22-ci il mövsümünün qalibi bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, çempionun adına Almaniya derbisi olan "Bavariya" - "Borussiya" matçında aydınlıq gəlib. 3:1 hesablı qələbə qazanan Münhen təmsilçisi xallarını 75-ə yüksəldib və sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib. 63 xalı olan "Borussiya" isə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Bavariya"nın ardıcıl 10-cu, ümumilikdə isə 32-ci Almaniya çempionluğudu.