Argentina yığmasının sabiq hücumçusu karyerasını bərpa etmək istədiyinə işarə vurub. Xatırladaq ki, Aquero ötən il oktyabrın 30-da “Barselona”nın “Alaves”lə matçından sonra yaşıl meydanlarda görünməyib və ürəyindəki problemə görə dekabrın 15-də karyerasını başa vurduğunu bəyan edib. Amma indi yaşıl meydana qayıtmağa can atır:
“Bu yaxınlarda ağlıma gəldi ki, yenidən futbol oynaya bilərəm. Həkimlər bir müddət əvvəl mənə demişdilər ki, 5-6 ay məşq etməməliyəm, amma artıq bunu çox istəyirəm. Yenidən məşq edə biləcəyim anı səbirsizliklə gözləyirəm”.

