MY 16 illik skautu ilə vidalaşacaq

21.04.2022 19:33 389
Dünya futbolu
“Mançester Yunayted” baş skautu Cim Loulorla yollarını ayıracaq.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün “tvitter” səhifəsində paylaşım edib.

O bildirib ki, təcrübəli mütəxəssislə müqaviləyə cari mövsümün sonunda xitam veriləcək. İddiaya görə, Loulorun gedişi komandanın yenidən qurulmasında ilk addım olacaq. Qeyd edək ki, Loulor 16 ildi “Yunayted”in baş skautu vəzifəsində çalışır.