• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA-dan nazirə şikayət edildi - AÇIQLAMA

Aktual / Manşet

21-04-2022, 00:0

Ötən gün redaksiyamızla əlaqə saxlayan Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov gənclər və idman naziri Fərid Qayıbovla görüşü və AFFA-da baş verən proselərlə bağlı danışmaq istədiyini bildirdi.

Biz də ona tribuna verməyi qərara aldıq. Təcrübəli futbol adamını dinləyək:

“AFFA-da yanvarda keçirilən konfransda BKFF-nin RFF-yə daimi üzv kimi qəbulu ilə bağlı məsələ müzakirə olundu. Rövnəq Abdullayev həmin konfransda Bakı Futbol Federasiyası ilə BKFF-nin birləşərək fəaliyyətinə davam etməsini dedi. Konfransda iştirak edən İcraiyyə Komitəsinin üzvləri qeyd edə bilərdilər ki, BFF-nin fəaliyyəti yoxdu. Mənə AFFA-dan bildirildi ki, bu məsələyə RFF-nin növbəti konfransında aydınlıq gətiriləcək. Məni o konfransa dəvət etdilər. Həmin konfransda birinci məsələ İsgəndər Cavadovun yenidən 4 il müddətində prezident seçilməsi oldu. Konfransda ümumilikdə 7 nümayəndə, tanıdıqlarımdan Sumqayıt, Mingəçevir və BFF-nin nümayəndələri iştirak edirdi. Konfransı həvəskarlar liqasının baş katibi Füzuli Nəcəfov aparırdı. Federasiyamın RFF-yə qəbulu ilə bağlı Qarabağ və Mingəçevir bölgəsinin federasiya nümayəndəsi buna ehtiyac olmadığını və maddi çətinlik yarada biləcəyini dedi. BFF-nin nümayəndəsi Mahir Süleymanov isə başqalarından fərqli “BKFF-nin özünəməxsus nizamnaməsi var. Onlarla uyğunlaşa bilmərik” dedi. Qalan şəxslər irad və təklif bildirmədilər. Füzuli Nəcəfov mənə söz verdi. Ona dedim ki, mənim sayəmdə irəli getmisən və o da bunu qəbul etdi. Həmçinin bildirdim ki, mənə qarşı bilərəkdən təbliğat aparırsız. Bakı şəhərində ən fəal federasiya BKFF-di. BKFF-nin RFF-yə qəbul olunması sizi də qane etmir. Cavadov futbol veteranı kimi həmişə BKFF tərəfindən mükafatlarla təltif olunub, dəstəklənib. Maliyyə cəhətdən çətinlik çəkdiyi zamanlarda BKFF rəhbərliyi kömək edib. Nəcəfov mənim sayəmdə üç yerdən qazanc əldə edir. Bilərəkdən belə edirlər ki, komandalar mənim yarışlarımda iştirak etməsin, Nəcəfovun həvəskarlar liqasında oynasın. Ancaq AFFA-nın vitse-prezidenti Elxan Məmmədov təklif etdi ki, birləşmə olmasın və həvəskarlar liqası apreldə öz yarışını keçirsin. Nəcəfov mənim yarışımda iştirak etmək istəyən komandaları öz turnirinə cəlb edir. Kimə yaxşılıq etmişəmsə, indi mənə badalaq atır”.

Davudov nəticə etibarı ilə RFF-yə qəbul edilmədiklərini dedi: “BKFF hər il 8 yarış keçirir. Federasiyamda 3 əməkdar məşqçi, 1 beynəlxalq dərəcəli hakim, 1 respublika dərəcəli hakim çalışır. Bütün futbol ictimaiyyətinə bəllidi ki, AFFA-dan sonra BKFF ən fəal federasiyadı. Konfransda Maşallah Əhmədov, İsgəndər Cavadov və Asif Əliyevə dedim ki, AFFA zəhməti olanları qiymətləndirir, siz də çalışsaz, üzərinizə düşən vəzifələrinizi layiqincə yerinə yetirsəz, dəyərləndirilərdiz. Konfransın nəticəsi kimi RFF-yə qəbul edilmədim”.


Vaqif bəy Fərid Qayıbovla görüşdüyünü də diqqətimizə çatdırdı:

“Gənclər və idman naziri ilə görüşümüz oldu. Orda BKFF-nin inkişafı, yarışların keçirilməsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təlimatı ilə idman idarələrinin yarışlarımızda fəal iştirakı, gənclərin vaxtını səmərəli təşkil etmək, fiziki və hərbi hazırlıq, kütləvi futbolun inkişafı məsələləri müzakirə olundu. Nazir sənədlər istədi və hüquqşünasa göstəriş verdi ki, BKFF-yə qarşı haqsızlıqlar araşdırılsın. Bir neçə günə cavablandırılacağını bildirdi. 28 ildi Gənclər və İdman Nazirliyində təmənnasız aparıcı futbol mütəxəssisi kimi çalışıram. Amma bəziləri maddi qazancı düşündükləri üçün işləmir. Bakıda yeganə adamam ki, təmənnasız yarış keçirirəm və bunu hər kəs bilir. Vaxtilə AFFA-nın yaradılmasında mənim də rolum olmuşdu. AFFA rəhbərliyi zəhməti olanlar üçün əlindən gələni edir. Yusif Məmmədəliyevə, Fərid Qayıbova, nazirliyin nümayəndələrinə minnətdarlığımı bildirirəm. Cənab Prezidentin idmanla bağlı göstərişlərini nəzərə alaraq işlərimi layiqincə yerinə yetirirəm”.


SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

İdman

26-04-2022, 14:0

Federasiyanın adı dəyişdi, yeni prezident seçildi

Aktual
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
“Meydandan çıxmasaydılar, bəlkə texniki məğlubiyyət ancaq bizə verilərdi” - “Kür-Araz”ın prezidenti də qərardan narazıdı
Son xəbərlər
  • Dünən, 23:59
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • Dünən, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Dünən, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Dünən, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Dünən, 22:52
    Marseldən Milana qayıdacaq
  • Dünən, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Dünən, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Dünən, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Dünən, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Dünən, 19:33
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
  • Dünən, 18:55
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 18:55
    “10 yaşlı övladım var, onun üçün darıxmışam” – Jorj Kaşkilya
  • Dünən, 18:34
    “Son bir həftədə futbolçuları toparlamaq çətin idi” – Fizuli Məmmədov
  • Dünən, 18:31
    Noyerin şansı yoxdu?
  • Dünən, 18:02
    Mövsümün son oyunu heç-heçə bitdi
  • Dünən, 17:38
    Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
  • Dünən, 17:30
    Ölkə çempionatında 21 ildən sonra 500 qol
  • Dünən, 17:01
    “Araz-Naxçıvan”: 30-cu ev qələbəsi
  • Dünən, 15:42
    "Qəbələ" ev sahibi olacaq, pley-off oyunu süni örtükdə oynanılacaq
  • Dünən, 15:36
    "İmişli" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Dünən, 15:04
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:44
    Ayxan Abbasovun köməkçiləri də "Şamaxı"dan ayrıldı - RƏSMİ
  • Dünən, 14:12
    “Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
  • Dünən, 13:13
    Ozancanın komandası elitanı tərk etdi
  • Dünən, 12:43
    "Zirə"nin premyer-liqada 400-cü qolu
  • Dünən, 12:12
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 11:41
    “Portu” karyerası yarım il çəkdi
  • Dünən, 11:10
    Yaşıl meydanı tərk edəcək
  • Dünən, 10:48
    “Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
  • Dünən, 10:31
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:00
    Yunanıstan karyerası 7 ay çəkdi
  • 23-05-2026, 23:0
    Madridi tərk edəcək
  • 23-05-2026, 23:0
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • 23-05-2026, 22:0
    "Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm" - Andrey Demçenko
Daha çox
Oxunub: 274
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 209
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 198
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə