Srağagün MBA-da daha iki pley-in oyunu keçirildi. “Şarlott”a qalib gələn “Atlanta” pley-offa vəsiqə uğrunda “Klivlend”lə qarşılaşacaq.
“Nyu-Orlean” isə “San-Antonio”ya qalib gəldi və pley-off yolundakı növbəti rəqibi “Klippers” olacaq.
Aprelin 13-də keçirilən pley-in oyununda “Minnesota”nın “Klippers”ə 109:104 hesabıyla qalib gəldiyini xəbər vermişdik. 2017-21 aralığında “Klippers”in şərəfini qoruyan, indi isə “Minnesota”nın uğurları üçün çalışan Patrik Beverli dilinin bəlasına düşüb. Oyundan sonra sabiq komandasının ehtiyat oyunçular skamyasının önündə dayanan müdafiəçi onlara belə deyib:
MBA-nın müvafiq qurumu Beverlini “normalara uyğun olmayan leksikondan yararlandığına” görə 30 min dollar cərimələyib.
MBA ilə bağlı daha bir maraqlı xəbəri insayder Mark Stayn yayıb. Ona inansaq, Qreqq Popoviç növbəti mövsüçü də “San-Antonio”nun “sükanı arxasında” keçirə bilər. Klubda ümid edirlər ki, 73 yaşlı mütəxəssis postundan getməyəcək. Hərçənd srağagün keçirilən pley-in oyununda “Nyu-Orlean”a uduzan “San-Antonio” üçün mövsüm bitdi. “Spers”in baş məşqçisi kimi 26-cı mövsümü arxada qoyan Popoviç MBA tarixində qələbə sayına (1336) görə rekordçudu.