İtaliya klubu oyunçusunu nəhənglərdən qorudu

14.04.2022 23:10 442
Dünya futbolu
“Sassuolo” aparıcı oyunçularından biri ilə müqaviləni yeniləyib.

İtaliya klubu Canluka Skamakka ilə anlaşmanın müddətini 2026-cı ilə qədər artırıb. Rəhbərlik bu addımı ilə hücumçunu ölkənin “Yuventus”, “Milan” və “İnter” kimi nəhəng klublarından qoruyub.

Skamakka bu mövsüm A seriyasında iştirak etdiyi 30 oyunda 13 qol vurub. 23 yaşlı hücumçu komandada qol sayına əsasən yalnız Domeniko Berardidən (14) geri qalır.