ÇL-də həftənin ən baxımlı qolunu kim vurub?

14.04.2022 22:56 473
Çempionlar Liqası
Çempionlar Liqasında “həftənin ən baxımlı qolu” nominasiyası üzrə namizədlər müəyyənləşib.

1/4 finalın cavab oyunlarında qeydə alınan ən gözəl 4 qol seçilib. Siyahıya Robert Levandovskinin (Bavariya) “Vilyarreal”a, Meyson Mauntun (Çelsi) “Real”a, Rodriqonun (Real) “Çelsi”yə və Roberto Firminonun (Liverpul) “Benfika”ya vurduğu qollar (ikinci qol) daxil edilib.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən müəyyənləşəcək.