"Qarabağ" "Şamaxı" ilə oyuna belə hazırlaşır - FOTOLAR

13.04.2022 21:50 509
Premyer-liqa
"Qarabağ" Azərbaycan premyer-liqasının 23-cü turu çərçivəsində "Şamaxı" ilə qarşılaşacaq.

Ağdam təmsilçisi bu görüşün hazırlıqlarını davam etdirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün növbəti məşqə çıxıb.

Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" matçı 15 aprel tarixində saat 19.30-da "Azersun Arena"da baş tutacaq.